Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
Qaydalar 7 Fevral 2019 10:40 278 dəfə oxunub
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində piyadanı vuraraq ona xəsarət yetirən sürücü saxlanılıb. Bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Avtosfer.az-a məlumat verilib. Məlumatda bildirilib ki, fevralın 6-da Gəncə şəhər sakini S. Atakişiyevanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla onun şəhər ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib. Gəncə şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz şəhər” xidmətinin və Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “VAZ-2107” markalı avtomobillə törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Gəncə şəhər sakini Elmir Veridiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Fərid

ŞƏRH YAZ
Ad
E-mail
Şərh