Hacıqabulda yığılacaq "Qazel"lər daha ucuz satılacaq - AÇIQLAMA
Avtobazar 7 Fevral 2019 12:10 608 dəfə oxunub
Hacıqabulda yığılacaq "Qazel"lər daha ucuz satılacaq - AÇIQLAMA
2018-ci ölkəyə xaricdən 2300 ədəd yük maşınları gətirili

Hacıqabul Sənaye Məhəlləsində kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı ilə bağlı fevralın 9-da təməlqoyma mərasimi keçiriləcək. 

 “Azərmaş” ASC-nin mətbuat rəhbəri Günay Namidarın verdiyi məlumata görə, sənaye parkında yüngül tonnajlı yük avtomobillərinin istehsalı nəzərdə tutulub.

Belə ki, “Azərmaş” Rusiyanın “Qorki Avtomobil Zavodu” (QAZ) markasının Azərbaycanda rəsmi satışını həyata keçirir. Bundan sonra isə həmin avtomobillərin hissələri ölkəmizə gətirilərək burada yığılacaq.

“Bu isə daha ucuz başa gələcək və daha sərfəli qiymətlərlə yerli bazara təklif ediləcək”, - deyə G.Namidar bildirib.

Hazırda elan saytlarındakı satış qiymətlərinə gəlincə, "Qaz-Qazel" markalı, mexaniki sürət qutusuna malik, yük avtomobilləri ilindən və vəziyyətindən asılı olaraq 5500-6200 dollar arasında dəyişir. Azərbaycanın tələbatına gəlincə, 2018-ci ölkəyə xaricdən 2300 ədəd yük maşınları gətirilib.

Qeyd edək ki, “Azərmaş” ASC 15 noyabr 2017-ci il tarixində yaradılıb, Azərbaycanda avtomobil sənayesinin qurulması və inkişaf etdirilməsini strateji hədəf seçib.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh