Kanadada 6 müsəlmanı öldürən şəxsə ömürlük həbs cəzası verildi
Maraqlı 9 Fevral 2019 23:32 382 dəfə oxunub
Kanadada 6 müsəlmanı öldürən şəxsə ömürlük həbs cəzası verildi
Hakim əyalət və ölkə tarixində qanla anılacağını söyləyib

Kanadanın Quebec şəhərində 2017-ci ildə silahla hücum etdiyi məsciddə ibadət edən 6 müsəlmanı qətlə yetirən Aleksandr Bisonette-ə Kanada ali məhkəməsi tərəfindən ömürlük həbs cəzası verildi.
 

Avtosfer.Az azmedia.az-a istinadla xəbər verir ki, hakim 29 yaşlı şübhəli şəxsin tutduğu əməllə şəhər, əyalət və ölkə tarixində qanla anılacağını söyləyib.
 

Məhkəmədə 6-sı birinci dərəcəli olmaqla, cəmi 12 müxtəlif cinayət işindən ömürlük həbs olunan Aleksandrın ömür boyu heç bir odlu silaha toxunmamasına qərar verildi.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh