Efiopiyada hərbi vertolyot qəzaya uğrayıb
Avtoxəbər 10 Fevral 2019 10:13 412 dəfə oxunub
Efiopiyada hərbi vertolyot qəzaya uğrayıb
Ölənlər və yaralananlar var

 Efiopiyanın Hərbi Hava Qüvvələrinin Sudanın Cənubi Sudanla sərhədindəki Abey mübahisəli ərazisininKaduqli şəhərinə uçan vertolyotu qəzaya uğrayıb.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

BMT-nin Abey ərazisində təhlükəsizliyin təmin olunması üzrə müvəqqəti qüvvələrinin məlumatına görə, hadisə zamanı vertolyotda 23 nəfər olub. Onlardan 3-ü həlak olub, daha 10 nəfər yaralanıb. Qeyd edilir ki, yaralılardan 3-ü ağır vəziyyətdədir.

Qəzanın başvermə səbəbi hələ müəyyənləşdirilməyib, araşdırmalara başlanılıb.

Daha əvvəl Efiopiyada xüsusi xidmət orqanlarının 30-dan çox əməkdaşı korrupsiyada və insan hüquqlarının pozulmasında şübhəli bilinərək həbs olunub. 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh