Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Gündəm 11 Fevral 2019 10:55 270 dəfə oxunub
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Faktlarla bağlı cinayət işləri başlanılıb

Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5,5 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqrama yaxın heroin, 2 kiloqramdan artıq tiryək, 2,3 kiloqramdan çox marixuana götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Avtosfer.az Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh