Belarusda şagird müəlliməsini və məktəblini öldürüb
Gündəm 11 Fevral 2019 12:58 230 dəfə oxunub
Belarusda şagird müəlliməsini və məktəblini öldürüb
Minsk vilayətində orta məktəb şagirdi müəlliməsini və üç məktəblini bıçaqlayıb

Belarusda Minsk vilayətinin Stolbtsı şəhərində orta məktəb şagirdi müəlliməsi və 3 məktəblini bıçaqlayıb. Müəllimə və şagirdlərdən biri aldığı yaradan ölüb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Belarus Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yaralı 2 şagird xəstəxanaya yerləşdirilib. Şübhəli şəxs - 2003-cü il təvəllüdlü yeniyetmə hadisə yerindən qaçıb. Vilayətin altı rayonunda "Sirena" planının elan edilməsindən sonra onu saxlayıblar. Hazırda məktəbdə istintaq-əməliyyat qrupu işləyir.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh