Bakıda təhlükə saçan avtobus – Qəzadan sonra sərnişin daşıyır – FOTO
Oxucu məktubları 11 Fevral 2019 15:29 711 dəfə oxunub
Bakıda təhlükə saçan avtobus – Qəzadan sonra sərnişin daşıyır – FOTO
Sərnişinlər hər an xəsarət  ala bilərdi

Bakıda 81 nömrəli marşrut avtobusunun şüşələri qırılmış halda sərnişinləri daşıması böyük narazılığa səbəb olub. Görüntüləri oxuculardan biri Avtosfer.az-a göndərib. Bildirib ki, Qaraçuxur istiqamətində işləyən “Karsan” markalı 99 JZ 288 nömrə nişanlı avtobusun şüşələri qəza nəticəsində çilik-çilik olub. Lakin avtobusun sürücüsü xətdən çıxmayaraq sərnişinləri daşımağa davam edib.
Fotodan da göründüyü kimi çiliklənmiş şüşələr hər an dağılıb ətrafa səpələnə bilər və insanların xəsarət alması ilə nəticələnə bilər.

 

Fuad

QALEREYA
ŞƏRH YAZ
Ad
E-mail
Şərh