Siyəzən sakini həmyerlisini güllələyərək öldürüb
Gündəm 11 Fevral 2019 16:05 395 dəfə oxunub
Siyəzən sakini həmyerlisini güllələyərək öldürüb
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır

Siyəzən rayonunda qətl hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qarasiyəzən yaşayış massivində qeydə alınıb. Belə ki, Siyəzən rayon sakinləri - Elşən Qədirli və Asim Abdulov arasında qəbiristanlıq ərazisində mübahisə yaranıb. Nəticədə A.Abdulovun odlu silahdan açdığı atəş nəticəsində E.Qədirli hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən şəxs Siyəzən rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh