Tunellə bağlı sualın cavabı

Avtoxəbər 19 May 2014 14:05 Oxunub 1766
Tunellə bağlı sualın cavabı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az saytında sual-cavab rubrikasının daha bir mərhələsi başa çatıb. Ötən həftə yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən tərtib olunan daha bir sual təqdim etmişdik. Sual belə idi; Şəkildə gördüyünüz nişanların mənası nədir?

Sualın doğru cavabı budur: Şəkildəki 1.29 «Tunel» xəbərdarlıq nişanı daxilində süni işıqlandırılma olmayan tunelə (yeraltı yol ötürücüsünə), habelə ətrafın relyefi səbəbindən giriş yeri 150 metrdən az məsafədən görünən istənilən tunelə yaxınlaşma barədə xəbərdarlıq edir. Tunelin girişindən onun çıxışı görünmədikdə isə 1.29 nişanı tunelin uzunluğunu ifadə edən 7.2.1 lövhəciyi ilə birlikdə tətbiq olunur. Deməli, doğru cavab belə olacaq: bu nişanlar qabaqda uzunluğu 380 metr olan (daxilində süni işıqlandırılmanın olub-olmamasından asılı olmayaraq) tunel olduğunu bildirir.

Suala oxucularımız tərəfindən verilən cavabları da təqdim edirik.

 

Emin - Tunelin uzunlugu 380 metrdi tuneldede suni isiqlandirma yoxdu

Arzu - Bu xeberdarliq nishanidir.bildirir ki,qarshidaki tunelde suni ishiqlandirma yoxdur ve uzunlugu 380 metr davam edecek.

 

Nuru - Qarsida 300 metr qaranliq tunelin oldugunu bildirir

 

Facebook commentlər

 

Şahid Qedirli •  Nisan xederdarliq edir ki daxilinde suni idiqlandirma olmayan 380 metrlik tunel vardir.

Sedaqet N-zade - 380 metr uzunlugda suni ishiglandirilmamish tunel xeberdarligidi

Oxuculardan xahiş edirik ki, suala cavabı bu yazının altında qeyd etsinlər. Belə olduğu halda, həftə başa çatanda sualların cavabını və doğru cavabı birlikdə dərc edərkən Siz də öz cavablarınızı bu sırada görə biləcəksiniz. Hər birinizə uğurlar! Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh