Sərnişinlər yolda qaldı: 6 və 13 nömrəli avtobuslar “yoxa çıxıb” – FOTO

Qaydalar 19 Fevral 2019 11:33 Oxunub 1790
Sərnişinlər yolda qaldı: 6 və 13 nömrəli avtobuslar “yoxa çıxıb” – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İntervaldakı gecikmələr səhər saatlarında müşahidə edilən sıxlıqla bağlı olub

Bu gün səhər saatlarında qarlı-şaxtalı hava şəraiti ilə bağlı Bakıda ictimai nəqliyyatda da bəzi problemləri ortaya çıxarıb. Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, 6 və 13 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların intervalında gecikmələr olub. Bu da sərnişinlərin etirazına səbəb olub. Təxminən yarım saatdan sonra həmin marşrut üzrə hərəkət edən avtobuslar bir-birinin arxasınca gələrək dayanacaqda dayanıblar.

Qarlı hava şəraitində avtobusların xətdən kənarlaşması halları baş verib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, intervaldakı gecikmələr səhər saatlarında müşahidə edilən sıxlıqla bağlı olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh