"Mercedes"lə adam vurub qaçan sürücü saxlanıldı

Qaydalar 19 Fevral 2019 12:02 Oxunub 1755
"Mercedes"lə adam vurub qaçan sürücü saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramana qəsəbəsi ərazisindən qəza baş verib

Fevralın 15-də saat 20 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisindən qəsəbə sakini Ə.Rəhimovun  xəsarətlə xəstəxanaya gətirilməsi barədə 14-cü Polis Şöbəsinə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla  Ə.Rəhimovun qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulması məlum olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədildiyi müəyyən edilib. Qəza törədərək hadisə yerindən yayınan həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini M.Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.            
Araşdırma aparılır. 

 

Fidan
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh