Avtosfer.az | Reklam
"Galendewagen" üçün yeni yeni tüninq dəsti - FOTO
Avtodünya 21 Fevral 2019 13:28 706 dəfə oxunub
"Galendewagen" üçün yeni yeni tüninq dəsti - FOTO
"TopCar" yeni dizaynlar təqdim edib

Rusiyada fəaliyyət göstərən TopCar atelyesi yeni nəsil Mercedes-Benz G-Class modeli üçün tüninq proqramını təqdim edib. Yeni proqramın təqdimatı mart ayında fəaliyyətə başlayacaq Cenevrə avtosalonunda keçiriləcək. Inferno dəstinin tərkibinə karbondan və kevlardan hazırlanmış 70 yeni element daxildir. Avtomobil tərkibinə təkər tağlarının genişləndiriciləri, arxa spoyler və diffuzor da daxil olan aqressiv aerodinamik kuzov dəstinə sahib olub. Ofrouder üçün karbondan hazırlanmış ehtiyat təkərinin qapağını, həmçinin 22 və 23 düymlük təkər disklərindən ibarət olan firma xəttini hazırlayıblar.

Avtomobilin salon tərtibatında əsl timsah dərisindən və qızılı dekorlardan istifadə edilir. Tüninq dəstinin qiyməti 2775,5 min (71,3 min manat) rubldur. “Havalandırmalı” kapot üçün 525 min (13,4 min manat), dəstin quraşdırılması üçün isə 500 min (12,8 min manat) ödəmək gərəkdir. Təkər diskləri dəsti isə 400-462 min rubl (10-11 min manat) arasında qiymətə malikdir. (Autograph)

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh