Avtosfer.az | Reklam
Bu da yeni "Hyundai Sonata" - FOTO
Avtodünya 28 Fevral 2019 09:59 890 dəfə oxunub
Bu da yeni "Hyundai Sonata" - FOTO
"Santa Fe" modelinin arxa fənərləri ilə bənzərlik var

Bu günlərdə İnternet şəbəkəsində Hyundai Sonata modelinin növbəti nəslinin yeni şəkilləri peyda olub. Bu şəkillərdə yeni sedanın arxa işıq texnikası və ön fənəri görüntülənib. Eyni zamanda, mərkəzi tonneldə yerləşən transmissiyanın düyməli selektoru təsvir edilib. Xatırladaq ki, belə selektordan artıq yeni Palisade modelində də istifadə olunur.

Hyundai şirkətinin şef-dizayneri San Yup Linin sözlərinə görə, yeni Sonata modelinin təqdimatı çox  effektli olacaqdır. Modelin dizaynı Hyundai üçün qeyri-ənənəvi olacaq və insanları onun barədə danışmağa vadar edəcəkdir. Yeni sedanın bir sıra dizayn elementləri 2018-ci ilin Le Fil Rouge konseptindən götürüləcəkdir. Biz isə, yeni sedanın arxa işıq texnikasının Çin bazarında satılan Santa Fe modelinin arxa fənərləri bənzərlik daşıdığını qeyd etməliyik. (Autograph)

Şayiələrə görə, yeni nəsil Hyundai Sonata standart olaraq 2,5-litrik GDi mühərriki ilə təchiz ediləcəkdir. Avtomobilin mühərrik çeşidinə adi və məişət şəbəkəsinə qoşulan hibridlər, həmçinin sedanın «qaynar» N versiyasının 275 at qüvvəli 2,0-litrlik və ya 280 at qüvvəli 2,5-litrlik Theta-III  ailəsindən olan aqreqat daxil ediləcəkdir.

Cari nəsil Hyundai Sonata modeli digər bazarlarda tərkibinə 156 at qüvvəli 2,0-litrlik mühərrik və 68 at qüvvəli elektromotor daxil olan hibrid güc qurğusu ilə təklif edilir. Qoşulan hibrid 12,9 kilovat-saatlıq batareyadan qidalanır və daxili yanacaq mühərrikini qoşmadan 75 kilometr qət etmək iqtidarındadır.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh