Avtosfer.az | Reklam
"Seat" pilotsuz maşını təqdim edib - FOTO
Avtodünya 28 Fevral 2019 11:57 392 dəfə oxunub
"Seat" pilotsuz maşını təqdim edib - FOTO
Elektrokar adi subkompakt hetçbekdən 2,5 dəfə balacadır

Seat şirkəti pilotsuz Minimo elektrik kvadrisiklini təqdim edib. Yenilik karçərinq operatorlarına ünvanlanıb və çıxarılan akkumulyatorlar bloku ilə təchiz edilir.

İspan istehsalçısı Minimo modelinin şəhər mobilliyi problemlərinə olan cavab kimi səciyyələndirib. Bunlara misal olaraq parklanma yerlərinin olmaması və yalnız ekoloji təmiz nəqliyyat vasitələri üçün nəzərdə tutulan «yaşıl» zonaların yaradılmasıdır. Kvadrisiklin uzunluğu 2,5 metr, eni isə 1,24 metrdir. Elektrokar adi subkompakt hetçbekdən 2,5 dəfə balacadır. (Autograph)

Seat Minimo motosikl kimi bir ön fənərlə təchiz edilib, arxa işıq texnikası isə aeronavtikadan götürülüb. Dolu batareya ilə elektrokar 100 kilometr məsafə qət edə bilər. Batareyanı yeyin çıxarmaq mümkündür ki, bu da onu «bir neçə saniyəyə» dəyişməyə imkan verəcəkdir.

Minimo modelinin salonunda sürücü və bir sərnişin bir-birinin ardınca oturur. Baqaj üçün kiçik bölüm də nəzərdə tutulub. Kvadrisiklə giriş ümün rəqəmsal açardan istifadə edilir. Elektrokar dördüncü səviyyə avtonom idarəetmə sistemi ilə təchiz edilə bilər ki, bu da ona pilotsuz avtomobillər üçün ayrılmış zonalarda hərəkət etmək hüququ verəcəkdir.

 

ŞƏRH YAZ
Ad
E-mail
Şərh