Yer kürəsinə bənzəyən 1400 planeti qeydə alınacaq – VİDEO

Texnologiya 28 Fevral 2019 22:33 Oxunub 1429
Yer kürəsinə bənzəyən 1400 planeti qeydə alınacaq – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunlardan 100-nün Yer kürəsinə lap çox oxşayacağı ehtimal olunur

NASA kosmosun tədqiqində işini davam etdirir. ABŞ kosmik agentliyi yeni teleskopla Yer kürəsinə bənzəyən daha 1400 ekoplaneti üzə çıxarmağı qarşısına məqsəd qoyub.

Avtosfer.az bizimyol.info-ya istinadən xəbər verir ki, yeni teleskop WFIRST adlanır. “First” ingiliscə ilk, birinci deməkdir. Görünür, NASA-da abbreviatura ardıcıl düzülərkən bu ifadəni formalaşdırmağa çalışıblar. Abbreviaturanın açılışı “geniş səyyar infraqırmızı tədqiq teleskopu” (wide field infrared survey telescope) şəklindədir.

WFIRST gələn ilin ortalarından NASA-nın işinə yarayacaq. Teleskopun iki əsas missiyası var. Birincisi, qara enerjinin təbiətini öyrənmək. İkincisi, Günəş sistemindən kənarda olan yeni planetləri üzə çıxarmaq.

İndiyə qədər Günəş sistemindən kənarda 3917 planet aşkar edilib. NASA siyahıya daha 1400-nü əlavə etmək istəyir. Bunlardan 100-nün Yer kürəsinə lap çox oxşayacağı ehtimal olunur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh