İran kosmosa 3 peyk göndərəcək

Texnologiya 28 Fevral 2019 14:51 Oxunub 1221
İran kosmosa 3 peyk göndərəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu nazir müavini Murtaza Bərari jurnalistlərə verdiyi açıqlamada deyib

İranın daha 3 peyki təkmilləşdirilməkdədir və 2019-cu ildə kosmosa göndəriləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın Kosmik Agentliyinin direktoru və rabitə və informasiya texnologiyaları nazirinin müavini Murtaza Bərari jurnalistlərə verdiyi açıqlamada deyib.

M.Bərari “Zəfər” (Sensing Satellite) və “Pars 1” məsafədən zondlama peykləri və “Nahid 1” rabitə peykinin orbitdə yer alacağına ümid edib.

Qeyd edək ki, İran 15 yanvar 2019-cu ildə Pəyam peykini, fevral 6-da başqa bir peyki kosmosa buraxsa da, onlar orbitdə yer almayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh