Azərbaycanda ağır yol qəzası baş verdi, 2 ölü, 3 yaralı - FOTO - VİDEO

Qaydalar 2 Mart 2019 23:50 Oxunub 7430
Azərbaycanda ağır yol qəzası baş verdi, 2 ölü, 3 yaralı - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub

Ağcabədi rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Hüsülu kəndi ərazisində qeydə alınıb. Belə ki, "Lada Priora" və "Mitsubishi Pajero" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Lada Priora"nın sürücüsü Elsəvər Məmmədov və yaxın qohumu Həyat Məmmədova hadisə yerində ölüb. Digər avtomobildə olan üç nəfər - Akif Babayev, Qara Babayev və Əlirza Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh