Corablar cihazlar üçün güc mənbəyi ola bilər

Texnologiya 6 Mart 2019 23:05 Oxunub 1576
Corablar cihazlar üçün güc mənbəyi ola bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məhsul, istifadə edən insan hərəkət etdikcə enerji yığma əməliyyatını reallaşdırır

Texnologiya o qədər sürətlə inkişaf edir ki, artıq cihazlarımızı yanımızdan ayırmaq və ya onlar olmadan hər hansı bir fəaliyyəti həyata keçirmək qeyri-mümkün hala gəlir. Bu səbəblə geyilə bilən texnologiya, alternativ bir həll olaraq təqdim edilərkən, bu sahədə ən yeni fikir, öz-özünə enerji yığan corablar oldu.

Avtosfer.az deyerler.org-a istinadən bildirir ki, ağıllı cihazlar, gündəlik həyatlarımızın hər addımında bizlərə köməkçi olan sanki özümüzdən bir parça kimi daşıdığımız obyektlər halına gəldi. Texnologiyanın inkişafı insanların həyatlarını asanlaşdıran bir haldır, lakin bir tərəfdən də ondan bu qədər asılı olmağımız işləri bəzən çətinliyə sala bilir. Texnoloji məhsulların enerji vəziyyətlərinin qeyri-kafi olduğu zamanlarda istifadəçilər, çətin vəziyyətlərə düşə bilir. Məhz bu problemə həm maraqlı, həm də olduqca sağlam bir həll təqdim edildi - Yeridikcə enerji yığan corablar. Geyilə bilən texnologiyanı artıq tez-tez görməyə başladığımız bu günlərdə, bir yenilik təqdim edildi. Xüsusi çıxarılan parçaların içinə yerləşdirilən bir mexanizm sayəsində öz-özünə enerji yığmağı bacara bilən corablar hazırlandı. Bu məhsul, istifadə edən insan hərəkət etdikcə enerji yığma əməliyyatını reallaşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh