Rusiyada ilk özəl kosmodrom tikiləcək

Texnologiya 6 Mart 2019 22:14 Oxunub 1451
Rusiyada ilk özəl kosmodrom tikiləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda kompleksin inşası üçün torpaq sahəsi seçilir

Nijeqorod vilayəti və “Kosmokurs” kompaniyası Rusiyada ilk özəl kosmodromun tikintisi barədə müqavilə imzalayıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə region hökumətinin mətbuat xidməti məlumat yayıb. Həmin kosmodromdan suborbital turist raketlərinin fəzaya buraxılacağı planlaşdırılır. Uçuşlar təxminən 15 dəqiqə davam edəcək. Turistlər həmin vaxtın demək olar ki, 30 faizini çəkisizlik şəraitində keçirəcək. Biletin qiymətinin 200-250 min dollar olacağı gözlənilir.

“Kosmokurs” kosmik fəaliyyət üçün artıq “Roskosmos”dan lisenziya alıb. Kompaniya 200 kilometr hündürlüyə uçuş həyata keçirmək üçün birpilləli geri qayıdan raketdən və 7 yerlik kosmik gəmidən istifadə edəcək. İlk kosmik səyahətin 2025-ci ildə baş tutacağı gözlənilir. Layihəyə 2,6 milyard rubl həcminə şəxsi investisiya qoyulacağı, raketin yanacağının ekoloji təmiz komponentlərdən ibarət olacağı bildirilir.

Hazırda kompleksin inşası üçün torpaq sahəsi seçilir. Kosmodromun tikiləcəyi yer kimi Tatarıstan variantı da nəzərdən keçirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh