Sinqapurda sürücüsüz elektroavtobus istifadəyə veriləcək

Texnologiya 7 Mart 2019 23:23 Oxunub 1502
Sinqapurda sürücüsüz elektroavtobus istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır

Sinqapurda sürücüsüz elektrikli avtobus təqdim edilib. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, 80 nəfər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsi Volvo avtokonserni və Nanyan texnoloji universiteti tərəfindən istehsal edilib. Avtobusun testi xüsusi poliqonda keçirilib. Yaxın aylarda onlar yollarda fəaliyyətə başlayacaq. İstehsalçılar avtobusu dünyada ilk belə texniki vasitə adlandırırlar. Avtobusun uzunluğu 12 metrdir. Enerji ehtiyatı 25 kilometrdir və 6 dəqiqəyə tam enerji yığır. Bununla yanaşı avtobus xüsusi sensorlar və üç ölçülü kameralarla təchiz edilmiş CPS sistemlə təmin edilib. Nəqliyyat vasitəsinin yaxın iki ildə Sinqapurun bir neçə rayonuna sərnişin daşıması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh