Ən çox qəza törədən maşınlar – DƏHŞƏTLİ FOTOLAR

Avtoxəbər 10 Aprel 2014 00:00 Oxunub 10970
Ən çox qəza törədən maşınlar – DƏHŞƏTLİ FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Siyahıya "Mercedes" və "VAZ" avtomobilləri liderlik edir

Azərbaycanda ən intizamsız sürücülərin idarə etdiyi avtomobillərin əksəriyyəti Almaniya istehsalı olan "Mercedes" və Rusiya istehsalı olan "VAZ" avtomobilləridir. Fins.az-ın xəbərinə görə, bu barədəİcbari Sığortalar Bürosundan bildirilib. Büronun məlumatına görə, 2014-cü ilin yanvar ayının 15-dən etibarən ölkədə 7635 avtomobil sahibinin Bonus-Malus sinfi aşağı salınıb, həmin şəxslər üçün sığorta haqqı artırılacaq. Bu avtomobillərin yarıdan çoxu məhz adıçəkilən markaların payına düşür. Belə ki, ən intizamsız sürücü kateqoriyasına (sığorta haqqının 3 dəfə artıq olduğu) aid edilən 22 sürücüdən 10-u "Mersedes", 4-ü "VAZ", 2-si isə "Şevrolet" avtomobili idarə edir. 2-ci sinfə (sığorta haqları 2,45 dəfə artacaq) aid edilən 45 sürücüdən isə 12-si "Mersedes", 10-u "VAZ" avtomobilinin sahibidir. 3-cü sinfə aid edilmiş 192 avtomobil sahibindən isə 84-ü "VAZ" və "Mersedes" sürücüsüdür. 4-cü sinfə aid edilən 2413 avtomobil sahiblərindən (onların sığorta haqqı 60% artacaq) yarıdan çoxu adıçəkilən markaların payına düşür - 838 nəfər "VAZ", 469 nəfər "Mersedes" sürücüsüdür. Nəhayət 5-ci Bonus-Malus sinfinə aid edilən (sığorta haqqı 25% artacaq) 4963 avtomobil sahiblərindən 1311-i "Mersedes", 927-si isə "VAZ" sürücüləridir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh