Ruslan Nəbiyev "gəzən ev" düzəltdi - VİDEO

Xəbərlər 14 Mart 2019 00:48 Oxunub 2576
Ruslan Nəbiyev "gəzən ev" düzəltdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evin hərəkət etməsi üçün avtomobil təkərlərindən istifadə edib

Ev, mənzil əslində daşınmaz əmlakdır. Amma bu evi istədiyin yerə daşımaq mümkündür. Yevlaxda yaşayan Kəlbəcər sakini Ruslan Nəbiyev "gəzən ev" düzəldib. Usta əl işini dəmir parçaları, "UAZ" markalı avtomobilin təkərləri və taxta materialardan istifadə etməklə 45 günə hazırlayıb. Uzunluğu 6 metrə yaxın, eni 2 metr yarım, çəkisi 2 ton olan "Gəzən ev"-in daşınması əksər avtomobillərlə mümkündür. İçərisi taxtlarla yığıldığından əl işi xüsusi ilə diqqət çəkir. Ümumi sahəsi 14 kvadrat metr olan daşınan evin içərisi iki mərtəbəyə bölünür. Sənətkar burada zövqə uyğun olaraq müəyyən dəyişikliklər etməyin mümkün olduğunu da deyir.

"Gəzən ev" görənlərin marağına səbəb olur. Türkiyədən ölkəmizə gələn sürücü, Azərbaycanda hazırlanan əl işinin keyfiyyətli və diqqət çəkən olduğunu deyir.

Kəlbəcərli sənətkar 45 gün vaxt sərf etdiyi əl işinə 4500 manat xərc çəkib. Təklif edilən məbləğ ürəyincə olsa "Gəzən ev"-i satmaq fikirinə düşə biləcəyini deyir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh