Yeni BMW M3 - FOTO

Avtobazar 14 Mart 2019 09:03 Oxunub 2699
Yeni BMW M3 - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
xRrive tam çəkiş sistemi ilə təchiz edəcəklər

BMW M bölməsinin planlaşdırma departamentinin başçısı Karsten Prays yeni M3 modelinin mühərriki haqqında məlumat verib. Onun sözlərinə görə, növbəti nəsil BMW M3 modeli X3 M və X4 M modellərindən tanış olan 3,0-litrlik altı silindrli tvin-turbo mühərriki, həmçinin M5 modelinin xRrive tam çəkiş sistemi ilə təchiz edəcəklər.

Yeni nəsil M3 modeli 3,0-litrlik sıralı altı silindrli və iki turbokompressorlu S58 mühərrikinə sahib olacaqdır. X3 M və X4 M krossoverlərində quraşdırılan bu mühərrikin baza variantı 480 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edir. Competition variantında isə, aqreqatın gücü 510 at qüvvəsinə qədər artırılıb. Bundan başqa, M3 modeli Drivelogic funksiyasına malik olan səkkiz diapazonlu M Steptronic “avtomatı” və 2WD rejimi (ön öxun ayrılmnası) olan M xDrive tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.

Bundan başqa, M3 üçün M5 modelindən götürülmüş elektron sükan gücləndiricisini və adaptiv amortizatorları adaptasiya edəcəkdirlər. “Bərkgedən” sedan 395 millimetrlik diskləri və öndə dörd porşenli supportları olan əyləc mexanizmləri ilə təchiz edəcəklər. Əlavə ödənişlə karbon-saxsı mexanizmlərini də sifariş etmək mümkün olacaqdır. BMW M3 modelinin təchizatına Michelin Pilot Sport 4S təkərləri ilə təchiz edilən 19 və 20 düymlük təkər diskləri də daxil edilib. (Autograph)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh