Məğlubedilməz UFC döyüşçüsü Həbibə divan tutacağını deyir

Maraqlı 17 Mart 2019 08:31 Oxunub 1535
Məğlubedilməz UFC döyüşçüsü Həbibə divan tutacağını deyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun qələbələrinin sayı 19-a çatıb

Amerikalı MMA döyüşçüsü Ben Askren rusiyalı Həbib Nurməhəmmədovla döyüşə biləcəyini istisna etməyib.

 

Avtosfer.Az oxu.az-a istinadən bildirir ki, bu barədə MMA Fighting saytı məlumat yayıb.

 

Bildirilir ki, 34 yaşlı idmançı Londonda pərəstişkarları ilə görüşü zamanı bu ilin oktyabr ayında Həbiblə oktaqonda üz-üzə gəlməyə hazır olduğunu deyib.

 

"Fikrimcə, Həbibi güləş hesabına məğlub edə bilərdim", - deyə Askren vurğulayıb.

 

Qeyd edək ki, bu vaxtadək Askren UFC turnirində məğlubiyyət acısını dadmayıb. Onun qələbələrinin sayı 19-a çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh