Bizi aldadıblar: Yer kürəsinə ən yaxın planet Mars və Venera deyilmiş

Maraqlı 17 Mart 2019 21:05 Oxunub 5666
Bizi aldadıblar: Yer kürəsinə ən yaxın planet Mars və Venera deyilmiş
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Merkuri həm də çox tədqiq olunmayan planetdir

İndiyə qədər elə bilmişik ki, Yer kürəsinə ən yaxın planet Mars və Veneradır. Bizi aldadıblar, Merkuri yaşadığımız dünyaya daha yaxındır. Avtosfer.az Bizimyol.info-ya istinadən xəbər verir ki, astronomlar fərqli hesablama üsulu ilə Yer kürəsinə ən yaxın planetin Mars və Venera olmadığını müəyyənləşdiriblər. Bu haqda “Physics Today” jurnalında məqalə də dərc edilib. Məsələ çox sadədir. Astronomlar, adətən, planetlərin orbitləri arasındakı radiusu hesablayırdılar. Məsələn, Venera ilə bu mənada məsafə 42 milyon kilometrdir. Amma Merkuridən bizi 80 milyon kilometr ayırır. Halbuki bir amil diqqətdən yayınıb. Venera Yerdən həmişə eyni məsafədə olmur. Venera Yerlə Günəş arasında olanda ən yaxın sayıla bilər. Bu planet Günəşin o biri tərəfindədirsə, məsafə 256 milyon kilometrə yüksəlir. Orta göstərici çıxaranda da Merkuri bizə daha yaxın dayanır.

Merkuri həm də çox tədqiq olunmayan planetdir. İlk dəfə planetin orbitinə kosmik cihaz 2011-ci ildə yollanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh