Bottas Avstraliya Qran Prisinin qalibi olub

Yarışma 17 Mart 2019 21:28 Oxunub 1510
Bottas Avstraliya Qran Prisinin qalibi olub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Növbəti mərhələ 29-31 mart tarixlərində Bəhreyndə keçiriləcək

"Mersedes" komandasının finlandiyalı pilotu Valtteri Bottas Formula-1 üzrə mövsümün ilk mərhələsi - Avstraliya Qran Prisinin qalibi olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Avstraliya Qran Prisində "Mersedes" komandasının britaniyalı pilotu, beşqat dünya çempionu Lyuis Hemilton ikinci, "Red Bull" komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yeri tutublar. İlk mərhələdən sonra V.Bottas 26 xalla liderdir, ikinci yerdə L.Hemilton (18 xal), üçüncü yerdə isə M.Ferstappen (15 xal) qərarlaşıblar. Konstruktorlar Kubokunda 44 xalla ilk pillədə "Mersedes", ikinci pillədə "Ferrari", üçüncü pillədə isə "Red Bull" komandaları qərarlaşıblar.

Qeyd edək ki, növbəti mərhələ 29-31 mart tarixlərində Bəhreyndə keçiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh