Retro avtomobillər sərgisi keçirilib - FOTO

Avtodünya 18 Mart 2019 07:34 Oxunub 2705
Retro avtomobillər sərgisi keçirilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil sevərlərə daha bir bayram abu-havası yaşadıb

Gəncədə ilk dəfə olaraq Retro Avtomobillərinin sərgisi kecirilib. Avtosfer.az ONA-ya istinadən məlumatına görə, sərgi “Avtoklub Azərbaycan” tərəfindən təşkil olunub. Sərgiyə Qafqazın ən böyük ticarət mərkəzi olan "Qrand-Qafqaz" ticarət mərkəzi ev sahibliyi edib. “Avtoklub Azərbaycan” klubu isə bayram ərəfəsində avtomobil sevərlərə daha bir bayram abu-havası yaşadıb. Sərgidə 19-cu əsrin ortalarında istehsal edilən 20-dən artıq avtomobil iştirak edib. Bayram abu-havasının tamamlanması ücün Novruz atributları olan Kosa və Keçəl də tamaşaçıları şənləndirib. Klub rəhbəri Natiq Əliyev bildirib ki, klub 2017-ci ildə sürücülərin sosial şəbəkələrdə etdikləri coxsaylı müraciətlər əsasında yaranıb. Artıq minlərlə üzvü olan klubun əsas məqsədi hər bir növ avtomobil sahibinin avtomobillərə aid suallarının mütəxəsislər tərəfindən düzgün tövsiyələrlə cavablandırmaq, lazım gəldikdə köməklik göstərməkdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh