DANX reyd keçirdi: 10 sürücü cərimələnib - VİDEO

Avtoreyd 18 Mart 2019 15:25 Oxunub 3479
DANX reyd keçirdi: 10 sürücü cərimələnib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Reydlər davam edəcək”

Dövlət Avtomobil Nəqliyyatı Xidməti Qax rayonunda qeyri-qanuni sərnişin daşıyan sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, şəhərdaxili küçələrdə və şəhərin giriş hissələrində postlar qurulub, qeyri-qanuni yükdaşıma, sərnişindaşıma, taksi fəaliyyəti, sərnişin daşınması ilə məşğul olan sürücülər müəyyənləşdirilib.

DANX-ın baş mütəxəssisi Tural Əhmədov "Report"a bildirib ki, reyd zamanı 30-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, 10 sürücü haqqında isə müvafiq tədbirlər görülüb: "Reyd sürücülərin əhaliyə xidmətinin şəffaf və yüksək səviyyədə təmin olunması məqsədi daşıyır. Reydlər davam edəcək".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh