“Xaliq Faiqoğlu” avtobuslarda sərnişinlərə sürpriz etdi - FOTO

Maraqlı 20 Mart 2019 14:52 Oxunub 1396
“Xaliq Faiqoğlu” avtobuslarda sərnişinlərə sürpriz etdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü və dispeçerlərə də hədiyyələr təqdim edilib

“Xaliq Faiqoğlu” MMC Novruz bayram münasibəti ilə istismarında olan marşrut xətləri üzrə avtobuslar sərnişinlərinə sürpriz edib. Həyata keçirilən aksiya çərçivəsində avtobuslara daxil olan milli geyimli əməkdaşlar Novruzun atributu sayılan və xüsusi dizaynla qablaşdırılmış çərəz və şirniyyatları sərnişinlərə təqdim ediblər. Avtosfer.az xəbər verir ki, tədbir zamanı bayram günləri olmasına baxmayaraq sərnişinlərə xidmt göstərən sürücü və dispeçerlərə də hədiyyələr təqdim edilib.
Aksiya zamanı 1000 nəfərə yaxın şəxsə bayram sovqatları verilib. Paytaxt sakinləri, eləcə də şəhərimizdə qonaq olan turistlər diqqətə görə minnətdarlıq ediblər.
Onu da qeyd edək ki, paytaxtımıza turist kimi gəlmiş Fransa, İran, İraq və Türkiyə vətəndaşları milli geyimli xanımlara və şirniyyatlarımıza xüsusi maraq göstərib. Onlara “Xaliq Faiqoğlu” şirkəti barədə qısa məlumat verilib.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh