Avtobuslardan şikayətlərin sayı artıb - Yol polisindən açıqlama

Xəbərlər 21 Mart 2019 13:04 Oxunub 5926
Avtobuslardan  şikayətlərin sayı artıb - Yol polisindən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi qayda pozan avtobusu cərimə meydançasına aparıb

Bu gün Yasamal rayon Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının sərnişindaşıma şirkətlərini hədəfə alması, avtobusları cərimə meydançasına aparması barədə xəbər yayılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, bu barədə yazılanlar əsassızdır. Çünki Yasamal DYPŞ tərəfindən cəmi bir avtobus saxlanılıb ki, o da hazırda cərimə meydançasındadır. 90 ND 393 nömrə nişanlı "Daewoo" markalı avtobusun üzərində sığorta borcuna görə həbs qərarı var. Bundan başqa, Nərimanov rayonunda qəza yerindən yayınmağa görə axtarış verilib. 2 aydan artıq ödənilməyən cərimələrə görə isə saxlanılma qərarı verilib.

Vaqif Əsədov deyib ki, son vaxtlar avtobusların qayda pozuntusu ilə bağlı şikayətlər çoxalıb: "Ötmə-manevr qaydalarını çox pozurlar. Dayanacaqdan kənar avtobus saxlayaraq sərnişin mindirib-düşürürlər. Yolayrıclarında qayda pozurlar, qarşı yola çıxaraq təhlükə yaradırlar. Bunlara qarşı ciddi tədbirlər görülür. Həmin tədbirlər zamanı Yasamal DYPŞ əməkdaşları 20 Yanvar dairəsində tədbir keçirərkən 90 ND 393 nömrəli avtobus saxlanılıb. Avtobusda sərnişin olmayıb. Qanun çərçivəsində tədbir görülüb".

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh