"Uçan düşbərə" yadplanetli stansiyadır?

Maraqlı 22 Mart 2019 21:31 Oxunub 1874
"Uçan düşbərə" yadplanetli stansiyadır?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kosmosu kəşf etdikcə sirlərin və tapmacaların sayı da artır...

1990-cı ildə NASA-nın "Voyacer-2" kosmik aparatı ilə 9 il əvvəl çəkilmiş fotoların analizi zamanı Saturnun daxili peyklərindən biri, Pan peyki kəşf edilib.

Avtosfer.az ölkə.az-a istinadən bildirir ki, 2017-ci ilin mart ayında planetlər arası "Kassini" stansiyası Pan peykinin daha keyfiyyətli fotolarını əldə edə bilib. Uzunluğu 34.4 km olan səma cismi alimlərin marağına səbəb olub. Məsələ burasındadır ki, peyk böyük düşbərəyə oxşayır. Ehtimal edilir ki, səma cismi buzdan və daşdan ibarətdir.

Ufoloqların isə başqa versiyası var. Bir sıra mütəxəssislərin fikrinə əsasən, Pan peyki əslində yadplanetlilərin kosmik stansiyasıdır. Bu yaxınlarda Saturnun peykini yenidən nəzərdən keçirən tədqiqatçılar maraqlı faktlarla rastlaşıblar:

Birincisi, peykin səthində özünəməxsus düz forması olan qanov aşkar edilib;

İkincisi, peykdə sirli iki ədəd işıqlı nöqtə var və bu nöqtələr hansısa qurğuya bənzəyir;

Üçüncüsü, səma cisminin bir hissəsində içəriyə girişə bənzər hamar bir meydança var;

Dördüncüsü, fotonu bir az da böyüdəndə başqa bir işıqlı şarı görmək mümkündür.

NASA və digər kosmik agentliklər Panın niye belə qeyri-adi formaya sahib olduğunu və digər peyklərdən seçildiyini izah edə bilmirlər.

Bir teoriyaya əsasən, bu qəribə peyk iki səma cisminin toqquşması nəticəsində yaranıb. Başqa bir hipotezə əsasən isə, Panın bir hissəsi buzdan ibarətdir.

Başqa bir sözlə, Günəş Sisteminin növbəti tapmacası ilə qarşılaşmışıq. Kosmosu kəşf etdikcə sirlərin və tapmacaların sayı da artır...

ŞƏRH YAZ
Ad

E-mail

Şərh