Şəmkir sakini əfsanəvi sovet avtomobilinə ikinci həyat bəxş edib

Avtodünya 25 Mart 2019 21:37 Oxunub 1869
Şəmkir sakini əfsanəvi sovet avtomobilinə ikinci həyat bəxş edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onunla bağlı çoxlu xatirələrinin olduğunu söyləyib

Retro maşınlara qulluq etmək, onları saz vəziyyətdə saxlamaq olduqca çox vaxt, diqqət və vəsait tələb edən hobbilərdən biridir. Şəmkir rayon sakini Elbəyi Xəlilov bu cür maşınlardan olan “QAZ-21” “Volqa” avtomobilinin həvəskarıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində E.Xəlilov gözünü açandan “Volqa”nı həyətlərində gördüyünü, onunla bağlı çoxlu xatirələrinin olduğunu söyləyib. Buna görə də, atası vəfat edəndən sonra qarajda tozlanan avtomobili yenidən işlək vəziyyətə gətirmək qərarına gəlib.

1959-cu il istehsalı olmasına baxmayaraq, “QAZ-21” heç 100 min kilometr də sürülməyib. Evdə digər iki avtomobili olmasına baxmayaraq, Xəlilov daha çox “Volqa”dan istifadə etdiyini, bir çox vəziyyətdən onu məhz bu avtomobilin çıxardığını etiraf edib.

Avtomobili Şəmkir sakinindən almaq istəyənlər də olduqca çoxdur. Amma o, atasının yadigarını satmaq deyil, ömrünün axırına kimi saxlamaq fikrindədir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh