Tur şirkətindən bilet aldı, saxta çıxdı: 3 aydı…

Xəbərlər 27 Mart 2019 19:37 Oxunub 1315
Tur şirkətindən bilet aldı, saxta çıxdı: 3 aydı…
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Nə 27-ci polis bölməsinin müstəntiqi, nə də ki, həmin şəxs telefonlarımıza cavab verir”

Sumqayıt şəhər sakini Elvin Mustafayev “Sultan Travel” şirkətinin dələduzluğuna məruz qalıb. Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo” ya müraciət edən şikayətçi bildirib ki, ötən ilin dekabrın 23-də 600 manat ödəyərək İstanbula 3 bilet alıb: “Şirkət haqqında feysbukda məlumat aldım. Qeyd olunan əlaqə telefonu vasitəsilə Hüseyn adlı şəxslə danışdıq. Aprelin 10-u gediş, 15-i isə  qayıdış üçün bilet istədik. Hüseyn adlı şəxslə görüşdük. O, bizə iki bilet verib, qalan bir bileti səhəri gün verəcəyini dedi. Bu zaman biz biletlərin saxta olmasından şübhələndik. Yanvar ayında bu barədə Yasamal rayon 27-ci polis bölməsinə ərizə ilə müraciət etdik. Hüseyn bölmədə dindirilərkən biletlərin saxta olduğunu yazılı şəkildə etiraf etdi. Bizə dəymiş ziyanı ödəyəcəyini bildirsə də, üstündən 3 ay keçməsinə baxmayaraq pulumuzu qaytarmır. Nə polis bölməsinin müstəntiqi, nə də ki, həmin şəxs telefonlarımıza cavab verir”.

Qeyd edək ki, sosial şəbəkədə qeyd olunan (055-506-51-52) nömrəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh