Hindistan peyk əleyhinə silahı sınaqdan keçirdi

Texnologiya 27 Mart 2019 22:05 Oxunub 1487
Hindistan peyk əleyhinə silahı sınaqdan keçirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sözügedən silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı tərəfindən istehsal olunub

Hindistan peyk əleyhinə silahı uğurla sınaqdan keçirib. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, bu barədə Hindistanın baş naziri Narendra Modi bildirib.

“Hindistan ABŞ, Rusiya və Çin kimi ölkələr kimi kosmik supergücə çevrildi. Bizim yerli istehsal olan silah aşağı Yerətrafı orbitdə hərəkət edən peyki məhv etdi. Hindistan özünü yerdə, suda, havada müdafiə edirdisə, bundan sonra kosmosda da qoruya biləcək ”,- deyə baş nazir söyləyib.

Qeyd olunur ki, sözügedən silah Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (DRDO) tərəfindən istehsal olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh