“Formula-1” üzrə Azərbaycan Qran-prisinin özəllikləri açıqlanıb

Yarışma 28 Mart 2019 22:24 Oxunub 1491
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin özəllikləri açıqlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Əgər siz öz bolidinizlə finiş xəttinə çatmısınızsa, deməli, sizin bəxtiniz gətirib”

“Formula-1”in mərhələlərinə həsr olunan bələdçi kitabçası hazırlanıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, burada Azərbaycan Qran-prisi istisna təşkil etməyib. Bildirilir ki, Bakı Şəhər Halqası yürüşlərin gərgin keçməsi ilə azarkeşlər arasında populyarlığı çox tez qazanıb: “Bakı yarışların təqvimində yalnız 2016-cı ildə peyda olub. İlk ildə Avropa Qran-prisi, sonradan isə Azərbaycan Qran-prisi adlanıb. 3 il ərzində bu yarış öz döngələri, yüksək sürəti, yaxın maneələri və yürüşdəki xaoslar “Formula-1”in favoritinə çevrilib. 2018-ci ildə finiş xəttinə yalnız 13 avtomobil çatıb. Burada pilotların ölüm təhlükəsi də həddindən artıq yüksəkdir. Maneələrin yaxınlığı iştirakçıları bütün dövrəboyu maksimum diqqətli olmağa vadar edir. Əgər siz öz bolidinizlə finiş xəttinə çatmısızsa, deməli, sizin bəxtiniz gətirib”.

Kitabçada Bakıdakı özəlliklərlə yanaşı, sərt döngələrdən də bəhs olunur: “Baxmayaraq ki, bu, şəhər trasıdır. Bir neçə yer var ki, oradakı diqqətsizlik sizə bütün Azərbaycanı “gəzdirə bilər”. Bununla da yürüşünüz bitəcək. Cəmi bir xəta hər şeyi bitirə bilər”.

Qeyd edək ki, 4-cü dəfə keçiriləcək Azərbaycan Qran-prisi aprelin 26-28-də olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh