Yanacaqdoldurma məntəqələrindən sürücülərə - ŞOK ZƏRBƏ

Öyrənək 30 Mart 2019 11:05 Oxunub 11126
Yanacaqdoldurma məntəqələrindən sürücülərə - ŞOK ZƏRBƏ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Diqqətli olun!

Son vaxtlar Avtosfer.az saytına müraciət edən sürücülər yanacaqdoldurma məntəqələrinin işçiləri tərəfindən onlara vurulan zərər barədə məlumat veriblər. Məlum olub ki, bir sıra məntəqələrdə işçilər yanacaq doldurduqdan sonra çənin qapağını normal qaydada bağlamır. Bəzi sürücülər benzin sərfiyyatı artdığını müşayət edib. Ustalara müraciət olunsa da hər hansı problem aşkarlanmayıb. Sonradan müşahidə olunub ki, yanacaqdoldurma məntəqələrinin işçiləri çənin qapağını normal bağlamadığı üçün yanacaq buxarlanır. Nəticədə isə sürücülər bunu benzin sərfiyyatının artması kimi başa düşürlər. Yanacağı çənə əskik vuran məntəqə əməkdaşları bununla kifayətlənmir, çənin qapağını bağlamamaqla sürücülərə ikiqat ziyan vururlar. 
Avtosfer.az saytı olaraq oxucuların diqqətinə çatdırırıq ki, yanacaq vurulduqdan sonra çənin qapağının normal bağlamasına nəzarət etsinlər. Maşından düşüb özləri bu işi görsələr daha yaxşı olar. Bu həm onların yanacağa qənaət edəcək, həm də digər xoşagəlməz halların qarşısı alına bilər. Məsələn, işıqforda yerə atılan siqaret qapağı açıq çənə düşə və yanğına səbəb ola bilər. Odur ki, diqqətli olun.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh