Eynşteynin Hitlerlə bağlı məktubu şok qiymətə satıldı

Maraqlı 31 Mart 2019 11:48 Oxunub 1946
Eynşteynin Hitlerlə bağlı məktubu şok qiymətə satıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin hərracda Eynşteynin 1921-1939-cu illər arasında yazdığı bildirilən daha iki əlyazma məktubu da satılıb

Məşhur fizik Albert Eynşteynin Adolf Hitler haqqında yazdığı məktub 134 min dollara satılıb. Avtosfer.az Kult.az-a istinadən xəbər verir ki, Hitlerin dəliliyindən və Almaniyadakı çətin yaşayış şəraitindən bəhs edilən məktub Los- Ancelsdə 23 təklifdən sonra sözügedən qiymətə alıcı tapıb. Bununla yanaşı, həmin hərracda Eynşteynin 1921-1939-cu illər arasında yazdığı bildirilən daha iki əlyazma məktubu da satılıb.

Məktubların birində Eynşteyn onkoloq Marisa Lensə 2-ci Dünya müharibəsində yəhudilərə göstərdiyi köməyə görə təşəkkür edib. İkinci məktubda isə A.Eynşteyn alim Maya Vinterin bacısına Münhenə təcili getməsinin lazım olduğunu, lakin təhlükəli səbəblərə görə bunu edə bilməyəcəyini bildirir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh