Bakıda yol polisi qəza törətdi - FOTO

Yol polisi 19 Mart 2015 09:00 Oxunub 2114
Bakıda yol polisi qəza törətdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Renault"a dəyən "BMW" daha sonra "Toyota"ya çırpılıb

Ötən gecə Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib. Avtosfer.az apa-ya istinadən məlumat verir ki, qəza rayonun Ə.Salamzadə küçəsində qeydə alınıb. Yol patrul xidmətinə məxsus "BMW" markalı avtomobil baş yolda hərəkətdə olarkən yardımçı yoldan qəflətən onun qarşısına "Renault" markalı avtomobil çıxıb. Bu zaman "Renault"ya dəyən "BMW" daha sonra "Toyota"ya çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da hər üç maşına ciddi ziyan dəyib. Hadisə yerində Yasamal Rayon Yol Polisi Şöbəsinin əməkdaşları gəliblər. Avtomobillər evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh