Bu sürücülərin "protiv" getmək imtiyazı var? - VİDEO
Yol nişanları 2 Aprel 2019 10:41 2172 dəfə oxunub
Bu sürücülərin "protiv" getmək imtiyazı var? - VİDEO
Sürücüləri 100 manat və 4 bal cərimə gözləyir

Bakıda Kövkəb Səfərəliyeva küçəsində qaydaları pozan iki sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, 10 JS 330 dövlət nömrə nişanlı, "VAZ 2107" markalı və 90 PZ 860 dövlət nömrə nişanlı,"Chevrolet" markalı avtomobillərin sürücüləri digər maşınlar gözlədiyi halda əks istiqamətdə hərəkət ediblər. Bununla da qaydaları kobud şəkildə pozaraq digərləri üçün təhlükə yaradıblar. Eyni zamanda 99 MT 405 dövlət nömrə nişanlı avtomobilin sürücüsü də "protiv" gəlir. Amma son anda yolunu davam etdirməkdən vaz keçərək sağa, zolağa çıxmaq istəyir. Bu zaman isə digərlərinə maneə yaradır.

Ümid edirik ki, DYP hər üç sürücü barəsində inzibati qaydada tədbir görəcək. 


Qeyd edək ki, sürücüləri 100 manat və 4 bal cərimə gözləyir.

Zaur

 

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh