ŞOK qəza: hovuzda çimən qadını maşın vurdu - FOTOLAR

Avtoxəbər 20 May 2014 23:55 Oxunub 3131
ŞOK qəza: hovuzda çimən qadını maşın vurdu - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sudan çıxarılan qadına ilkin tibbi yardım göstərilib

Rusiyada avtomobil evin hovuzunda çimən qadını vurub.  ANS press-in məlumatına görə, minik avtomobili kottecin kərpic hasarını yararaq həyətdəki hovuza duşub. Bu zaman evin sahibəsi hovuzda dincəlirmiş. Krasnoslobodskaya şəhər sakini xoşbəxtlik nəticəsində qəzadan salamat çıxa bilib. "Ötən günü axşam "VAZ-2115" markalı avtomobilin sürücüsü Sverdlov küçəsində idarəetməni itirərək şəxsi evin kərpic hasarına girib. Avtomobil evin ərazisində yerləşən hovuza düşüb. Bu zaman hovuzda olan ev sahibəsi yüngül xəsarətlər alıb", - deyə Volqoqrad sahəsi üzrə dövlət yol hərəkəti müfəttişliyinin nümayəndəsi bildirib. Sudan çıxarılan qadına ilkin tibbi yardım göstərilib. 

Əlavə edək ki, bu küçənin sakinlərinə yol-nəqliyyat hadisəsindən xilas olmağa, nə daş divar, nə də hasar kömək edir. Təxminən iki həftə əvvəl həmin döngədə belə bir hadisə baş vermişdi. Onda sərnişin və avtomobilin sürücüsü zərər çəkmişdi.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh