Lüis Hemilton ümumi gəlirinə görə birinci pillədə qərarlaşıb

Yarışma 2 Aprel 2019 15:49 Oxunub 1212
Lüis Hemilton ümumi gəlirinə görə birinci pillədə qərarlaşıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
34 yaşlı idmançının əmək haqqı və bonus ödənişlərindən ibarət gəliri 489 milyon dollara çatıb

Britaniyalı pilot Lüis Hemilton “Formula 1” tarixində ümumi gəlirinə görə birinci pillədə yer alıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 34 yaşlı idmançının “Formula 1” karyerası ərzində əmək haqqı və bonus ödənişlərindən ibarət gəliri 489 milyon dollara çatıb. 1999-cu ildən 7 dəfə “Formula 1” üzrə dünya çempionu olan almaniyalı Mixael Şumaxer 464 milyon dollar gəlirlə ikinci, ötən mövsüm karyerasını başa vurmuş ispaniyalı Fernando Alonso isə 458 milyon dollar qazancla üçüncü olub.

Qeyd edək ki, Lüis Hemilton ötən mövsüm "Mercedes" komandası ilə müqaviləsini 2020-ci ilə qədər uzadıb. 2007-ci ildən yarışlarda iştirak edən pilot 5 dəfə “Formula 1”də çempion olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh