Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? — Alimlərin müzakirəsi

Maraqlı 2 Aprel 2019 21:09 Oxunub 1597
Yadplanetlilər bizimlə niyə əlaqəyə girmirlər? — Alimlərin müzakirəsi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Yadplanetli sivilizasiya ilə rabitənin qurulmaması bir neçə səbəbdən ola bilər”

Bu günə qədər Süd Yolu qalaktikasında ən azı 4 min ekzoplanetin mövcudluğu kəşf edilib. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, sözügedən planetlər Yerdəki kimi canlı həyat üçün əlverişlidir. Ehtimal edilir ki, kainatda belə planetlərin sayı trilyonlarladır.

“METİ İnternational” tərəfində Parisdə növbəti görüş keçirilib. Görüşdə astrofizika, sosiologiya, biologiya, tarix, psixologiya, ufologiya kimi elmlərin tədqiqatçıları iştirak ediblər və bu məsələ barədə müzakirə aparıblar.

“METİ”nin direktorlar şurasının üzvü və seminarın həmsədri Florens Raulin Serso deyib:

“Yadplanetli sivilizasiya ilə rabitənin qurulmaması bir neçə səbəbdən ola bilər:

-Sadəcə bizə toxunmurlar. Çünki bu, Yer cəmiyyətinin inkişafına mənfi təsir edə bilər;

-Zooparkda olduğu kimi sadəcə bizi müşahidə edirlər;

-Bizim kosmosda canlı və şüurlu varlıq axtarmaq üçün göndərdiyimiz siqnallar bizi izləyənlər tərəfindən iqnor edilir;

-Ola bilər ki, yadplanetli şüur bizim şüurdan çox fərqlidir və bu səbəbdən əlaqə yaranmır;

-Çox güman ki, Yerdəki insan cəmiyyəti yüksək inkişaf etmiş qalaktika irqləri tərəfindən sadəcə bir təcrübədir. Ola bilər ki, kainat miqrasiyasının bir formasıyıq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh