Qonşudan oğurluq edib özünə “Mercedes” aldı - İndi məhkəməsi başlayır

Qaydalar 6 Aprel 2019 23:17 Oxunub 1378
Qonşudan oğurluq edib özünə “Mercedes” aldı - İndi məhkəməsi başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Elşad Əhmədəliyevin cinayət işi məhkəməyə göndərilib

Xeyli miqdarda oğurluqda təqsirləndirilən Elşad Əhmədəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi materialları baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilib. İş hakim Rahim Həsənovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 9-na təyin edilib.
Qeyd edək ki, Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin əvvəlində rayonun Vəlvələ kənd ərazisində yerləşən evlərin birindən 18.000 manat və 790.000 rus rublu oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini Elşad Əhmədəliyev olduğu müəyyən edilib. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı pulun bir qismi ilə özünə “Mercedes Benz” markalı avtomobil alan Elşad Əhmədəliyev, bir qismini isə restoran və əyləncə mərkəzlərində xərclədiyini bildirib.

 

ONA

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh