26-cı mərtəbədən yıxılan qız sağ qaldı – ŞOK VİDEO
Avtosfer TV 9 Aprel 2019 01:21 2345 dəfə oxunub
26-cı mərtəbədən yıxılan qız sağ qaldı – ŞOK VİDEO
Hadisədə onun yalnız sağ qolu sınıb

Çində 6 yaşlı qız 26-cı mərtəbədən avtoparka düşüb. Avtosfer.az xəbər verir ki, bundan sonra uşaq qalxaraq sərbəst şəkildə yeriyib. Bu barədə “Daily Mail” xəbər portalı məlumat yayıb. Dəhşətli hadisə keçən çərşənbə axşamı təxminən günorta saatlarında baş verib. Valideynləri qızı yatmış vəziyyətdə qoyaraq evdən çıxıblar. Qız oyandıqdan sonra, küçəyə çıxmaq istəyib və yuxulu halda eyvanın pəncərəsindən təsadüfən aşağı yıxılıb. Balaca çinli qızı beton yerə çırpılmaqdan avtoparkın şüşəli damı xilas edib.

Qəzadan bir az sonra qızı xəstəxanaya aparıblar. Məlum olub ki, hadisədə onun yalnız sağ qolu sınıb. Həkimlərin sözlərinə görə, qızın vəziyyəti normaldır.

 

Namiq

VIDEO
ŞƏRH YAZ
Ad
E-mail
Şərh