"Honda" 2021-ci ildə Türkiyədəki zavodunu bağlayacaq

Avtobazar 9 Aprel 2019 10:15 Oxunub 1266
"Honda" 2021-ci ildə Türkiyədəki zavodunu bağlayacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Çünki onların dünya bazarında payı tez artır

"Honda" avtomobil konserni 2021-ci ildən Türkiyənin Kocaeli əyalətindəki zavodunun işini başa çatdıracaq.  Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə şirkətin yaydığı bəyanatda deyilir. Qeyd edilir ki, müəssisənin bağlanması haqqında qərar korporasiyanın qlobal inkişaf strategiyasına yenidən baxması və elektrik avtomobillərin istehsalına əlavə resursları yönəltmək ehtiyacı ilə əlaqədar qəbul edilib. Çünki onların dünya bazarında payı tez artır. Məlumata görə, "Honda"nın Türkiyə ərazisindəki diler mərkəzləri şəbəkəsi hər hansı dəyişikliyə məruz qalmayacaq.

Qeyd edək ki, "Honda"nın həmin əyalətdəki zavodu 1997-ci ildə açılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh