Çin Qran-prisi “Formula 1”in yubiley mərhələsi olacaq

Yarışma 9 Aprel 2019 15:01 Oxunub 1376
Çin Qran-prisi “Formula 1”in yubiley mərhələsi olacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şanxayda baş tuatacaq yarış tarixə 1000-ci mərhələ kimi düşəcək

Aprelin 14-də Çində keçiriləcək “Formula 1” üzrə dünya çempionatı yubiley ilə əlamətdar olacaq. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, Şanxayda baş tuatacaq yarış tarixə 1000-ci mərhələ kimi düşəcək. İlk mərhələsi 13 may 1950-ci ildə Böyük Britaniyanın Silverstoun trassında baş tutan “Formula 1”ə indiyə qədər 32 ölkə ev sahibliyi edib.

Yarış ümumilikdə 72 trassda reallaşıb. Ən çox mərhələ İtaliyada təşkil olunub – 96 dəfə. Ən az isə cəmi 1 dəfə Mərakeşdə olub.

Qeyd edək ki, Azərbaycan 26-28 apreldə 4-cü dəfə “Formula 1” yarışına ev sahibliyi edəcək. Bu isə o deməkdir ki, Bakıdakı yarış 1001-ci mərhələ olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh