Tomas Butçer Formula 1 yarışına hazırlıq barədə AÇIQLAMA

Yarışma 9 Aprel 2019 15:15 Oxunub 1429
Tomas Butçer Formula 1 yarışına hazırlıq barədə AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onların sayəsində işlər çox yaxşı gedir

2019-cu il Formula 1 yarışlarına hazırlıq sürətlə davam edir. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Şəhər Halqasının (BŞH) Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tomas Butçer bildirib. O qeyd edib ki, hazırlıq işləri yüksək səviyyədə davam etdirilir: "Demək olar ki, tribunaların hamısı hazırdır. Bir tribuna qalıb ki, o da "Azneft tribunası"dır. Həmin tribunanın tikintisinə aprelin 15-də başlanılacaq. Komandalar üçün nəzərdə tutulmuş binalar hazırdır. Yerli komanda 24 saat işləməyə hazırdır. Onların sayəsində işlər çox yaxşı gedir. Nəzarət edə bilməyəcəyimiz məsələ yalnız Bakıda olan hava şəraitidir, onun da yaxşı olacağına ümid edirik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh