Bu qadının ürəyi sağda, qaraciyəri isə soldadır - FOTO
Maraqlı 9 Aprel 2019 21:05 844 dəfə oxunub
Bu qadının ürəyi sağda, qaraciyəri isə soldadır - FOTO
Bu hər 22 min doğuşdan birində müşahidə edilir

99 yaşlı amerikalı qadın Rouz Meri Bentlinin bir çox vacib orqanının yanlış yerdə olduğu müəyyənləşib. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu fakt Oreqon Sağlamlıq və Elm Universitetinin tibb tələbələri tərəfindən müəyyənləşdirilib. Bentlinin ciyər və qarın boşluğunda yerləşən digər orqanları sol tərəfdə, ürəyi isə sağ tərəfdə inkişaf edib. Orqanların yanlış tərəflərdə yerləşməsi hər 22 min doğuşdan birində müşahidə edilir, lakin bu insanlar gənc yaşlarında həyatını itirir. Bu günə qədər sadəcə 2 insan 70 ildən çox yaşayıb. Orqanlarının yerlərində anormallıq müşahidə edilən 50 milyon insandan sadəcə 1-i uzun illər yaşaya bilir.

Rouz Meri Bentli 5 uşaq dünyaya gətirib və orqanları sağlam vəziyyətdə olub. 2017-ci ildə vəfat edən qadın bədənini tibbi tədqiqat üçün bağışlayıb.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh