Azərbaycanda həkimdən ŞOK HƏRƏKƏT: Əməliyyat etdiyi xəstəni... - VİDEO

Xəbərlər 13 Aprel 2019 00:39 Oxunub 1573
Azərbaycanda həkimdən ŞOK HƏRƏKƏT: Əməliyyat etdiyi xəstəni... - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyatdan sonra xəstənin qarnında unudulan yad cisim 7 ay sonra aşkar olunub

Ötən ilin sentyabrında uşaq dünyaya gətirən qadının 7 ay sonra bədənində əməliyyat zamanı yad cisim qaldığı iddia olunur. Hadisə Bərdə rayonunda baş verib. Rayon Mərkəzi Xəstəxanasının doğum evində doğuş zamanı qeysəriyyə əməliyyatı edilən Əsədli Günay son aylar qarın nahiyyəsindəki küt ağrılar səbəbindən Bakı şəhərində yerləşən özəl xəstəxanaların birinə müraciət edib. Onun sözlərinə görə müayinə zamanı məlum olub ki, bədənində əməliyyatdan sonra bint parçası qalıb.

25 yaşlı gənc qadını Bakıda müayinə edən həkimlər bildirib ki, qadının qarın nahiyyəsində aşkarlanan bint uzun müddət orada qaldığından çürüyərək bədənə mənfi təsir göstərib. Bu səbəbdən qadın təcili olaraq yenidən əməliyyat olunmalıdır.

Məsələ ilə bağlı Bərdə rayon mərkəzi xəstəxanasından bildirilib ki, hadisə ən qısa müddətdə araşdırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh