Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN
Avtoxəbər 14 Aprel 2019 00:12 3169 dəfə oxunub
Sürücülərin DİQQƏTİNƏ - Avtomobildə bu hissələri TƏCİLİ DƏYİŞİN
Texniki məsləhətçi onu da qeyd edib ki, avtomobildə yağın dəyişdirilməsinə isə ehtiyac yoxdur

Avtomobilə vaxtında düzgün texniki baxış keçirilməsə, ciddi problemlər yarana bilər.

 

Avtosfer.Az xəbər verir ki, avtomobillərin yay rejiminə keçidi ilə bağlı görülməsi vacib olan dəyişikliklər barədə texniki məsləhətçi Əli Sultanov Redaktor.az-a açıqlamasında bildirib ki, əsas məsələ təkərlərin dəyişdirilməsidir:

 

“İlk növbədə avtomobildəki qış təkərlərinin dəyişdirilməsi zəruridir. Çünki isti havalarda bu təkərlər həm səs verməyə başlayır, həm də maşının özünə ziyandır. Bundan başqa, soyutma sisteminə diqqət yetirmək lazımdır. Diqqət etmədikdə uzaq yola çıxan və rayonlarası işləyən maşınların radiatorlarının seksiyalarında hava axınının keçməsiylə bağlı müəyyən maneələr yaranır. Bu da mühərrikdə qızmalara səbəb olur.

 

Ümumiyyətlə, isti havada uzaq yola çıxan maşınlarda "Premium Euro-95" markalı yanacaqdan istifadə  edilməsi daha doğrudur. Bu yanacaq növü istehsal ili 2005-ci ildən yuxarı olan avtomobillər üçün məsləhətdir”.

 

Texniki məsləhətçi onu da qeyd edib ki, avtomobildə yağın dəyişdirilməsinə isə ehtiyac yoxdur:

 

“Maşında istifadə edilən yağların qış və ya yay üçün nəzərdə tutulması Azərbaycan üçün keçərli deyil. Bizim coğrafiyamızda isə kəskin soyuq və ya isti hava müşahidə olunmadığına görə, yağların dəyişdirilməsi vacib deyil”.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh
Rövşən | 16 Aprel 2019 20:04
Salam opel vektra ili2006 avtomat dizel şüşələrə su vuran baçonkası lazımdı tapmaga kömək edə bilərsiz.